ABŞ-ın müdafiə naziri Lloyd Austin Rusiya ilə müharibə aparan Ukraynaya uzunmüddətli hərbi dəstəyini davam etdirəcəklərini açıqlayıb.
Demokrat.az xəbər verir ki, Ostin Brüsseldəki NATO qərargahında keçirilən "NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində, Ukrayna Müdafiə Əlaqə Qrupunun Toplantısında çıxış edib.
O, qeyd edib ki, Rusiya müharibəni, Ukrayna özünümüdafiəni seçdi. Onun sözlərinə görə, Rusiya qısa zamanda Ukraynanı fəth edəcəyini, Ukraynanın müqavimət göstərə bilməyəcəyini, dünyanın baş verənlərə baxacağını düşünürdü.
Ancaq bir çox ölkə Ukrayna ordusuna dəstək verib və bunun döyüş meydanında nəzərəçarpacaq bir dəyişiklik yaratdığını görmək olar:
"Ukrayna qüvvələri müharibənin dinamikasını dəyişərək yüzlərlə yaşayış məntəqəsini rus işğalından azad edərək xeyli ərazini geri alıb. Bu qələbə Ukrayna əsgərlərinə məxsusdur, lakin təmas qrupunun təhlükəsizlik yardımı, təlimi və səyləri həyati əhəmiyyət kəsb edir".
Ostin Ukraynaya “uzunmüddətli” dəstək lazım olduğunu qeyd edərək, onların müdafiə qabiliyyətini günümüzün təcili ehtiyaclarına uyğun olaraq gücləndirəcəyik - deyə əlavə edib.
Jalə Demokrat.az


