“Rəsmi Bakının Türk Dövlətləri Təşkilatı ailəsinin üzvü olan Qırğızıstana diqqət ayırması təsadüfi deyil”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloq qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir zamanda Mərkəzi Asiya və regionun türk ölkələri böyük güclərin marağındadır.
“Region ölkələri uğrunda mübarizənin getdiyi bir zamanda onsuz da kövrək olan Türk Dövlətləri Təşkilatının üzvü ölkələrlə münasibətlərin pərçimlənməsinə ehtiyac var. Bu mənada Prezidentin Qırğızıstana səfərini həm də TDT-nin inkişafına yönələn addım kimi qiymətləndirmək olar. Bu mövzuda Türkiyənin fəaliyyəti də Azərbaycanla paralellik təşkil edir. Yəni rəsmi Bakı və Ankara TDT-nin inkişaf etməsi və üzv ölkələr arasında münasibətlərin normallaşmasına səylər göstərir”.
Aynurə Demokrat.az


