İdman

Kasilyas və Puyol paylaşımlarını sildilər və üzr istədilər — FOTO

Kasilyas və Puyol paylaşımlarını sildilər və üzr istədilər — FOTO

“Barselona”nın və İspaniya millisinin əfsanəvi müdafiəçisi Karles Puyol İker Kasilyasın tvitinin altında yazdığı zarafatını silib və ona görə üzr istəyib.

“Mən səhv etdim. Bu yöndəmsiz zarafat üçün üzr istəyirəm, bu, pis niyyətli deyildi və tamamilə yersiz idi. Başa düşürəm ki, bu, kiminsə hisslərini incidə bilər. LGBT icmasına hörmətim və dəstəyim var”, – Puyol öz “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Madrid “Real”ının keçmiş qapıçısı İker Kasilyas da sosial şəbəkə hesabının hakerlər tərəfindən müvəqqəti olaraq ələ keçirildiyini yazıb. O, məlum paylaşıma görə izləyicilərindən üzr istəyib.

Qeyd edək ki, bir müddət əvvəl futbolçunun hesabından cinsi oriyentasiyasını dəyişməsi barədə paylaşım olunub. Lakin təxminən bir saat sonra tvit silinib.//oxu.az

D
demokrat.az