Sosial

Xələf Xələfovun yerinə kimin işləyəcəyi müəyyənləşib

Xələf Xələfovun yerinə kimin işləyəcəyi müəyyənləşib

Xələf Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsini tərk edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Unikal.org-a bildirib ki, X.Xələfov Gürcüstanla Azərbaycan arasında mübahisəli sərhəd məsələsi ilə bağlı ciddi işlər aparacaq.

Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinin icrası Natiq Məmmədova həvalə olunub. Bu barədə ONA-ya Nazirlər Kabineti Aparatının rəhbərinin müavini Natiq Məmmədovun özü məlumat verib.

O bildirib ki, hazırda Aparat rəhbəri vəzifəsinə təyinat olmayıb: “Əsasnaməyə görə, Aparat rəhbəri vəzifəsini icrası isə mənə həvalə edilib”.

Qeyd edək ki, mayın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Bundan əvvəl isə X.Xələfov 2018-ci ildə Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilərək Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin olunmuşdu.

Demokrat.Az

D
demokrat.az