Dünya

Neandertal adamın genini üzə çıxaran İsveç alimi Nobel mükafatı aldı

Neandertal adamın genini üzə çıxaran İsveç alimi Nobel mükafatı aldı

2022-ci il fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı açıqlanıb. Bu,isveçli bioloq Svante Pebudur.

Alim bu mükafata insan təkamülünün genetik əsasları ilə bağlı araşdırmasına görə layiq görülüb.

Nobel Komitəsinin məlumatına görə, Pebu öz tədqiqatı ilə elm aləmində qeyri-mümkün görünən işi – neandertal genomunun ardıcıllığını həyata keçirə bilib.

“Pebunun kəşfləri insan təkamülünü və miqrasiyasını daha yaxşı başa düşmək üçün elmi ictimaiyyət tərəfindən geniş istifadə olunan unikal resurs yaratdı”, – isveçli mütəxəssislər bildiriblər.

D
demokrat.az