Rusiyanın Almaniyadakı səfiri Sergey Neteşev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Modern.azxəbər verir ki, bubarədə DPA agentliyinə Almaniya Xarici İşlər Nazirliyindən məlumat verilib. Agentliyin məlumatına görə, Neteşev prezident Vladimir Putinin sentyabrın 30-da Ukraynanın 4 bölgəsinin Rusiyaya daxil olmasına dair sazişləri imzaladıqdan sonra çağırılıb. Qeyd edək ki, sentyabrın 30-da Rusiya səfirləri İsveç, Niderland, Danimarka, Böyük Britaniya, Belçika və İtaliyanın Xarici İşlər nazirliklərinə çağırılıb. Bu ölkələr "referendumları" qeyri-legitim, Rusiyanın hərəkətlərini isə ilhaq hesab edir.
Daha bir ölkədən Rusiyaya etiraz —Səfir XİN-ə çağırıldı
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


