Prezident Volodimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşlə nüvə təhlükəsizliyi məsələsini müzakirə edib.
“Ukrinform” xəbər verir ki, bu barədə Zelenski “Facebook” səhifəsində məlumat yayıb .
O qeyd edib:
"Mən BMT-nin baş katibi Antonio Quterreşlə danışdım. Biz Zaparoje AES-dətəhdidedici vəziyyət kontekstində nüvə təhlükəsizliyi məsələsini müzakirə etdik".
Zelenski həmçinin Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendumların” BMT tərəfindən tanınmaması ilə bağlı mövqeyinə görə Quterreşə təşəkkür edib.
Leyla Demokrat.az


