Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasında 3-cü qrupun VI tur matçında Bakıda Qazaxıstan seçməsini qəbul edib.
"Dalğa Arena"dakı qarşılaşmanın ilk dəqiqələri kəşfiyat xarakteri daşıyıb. Azərbaycan millisi ara-sıra təhlükəli hücumlar yaratmaq istəsə də, rəqibin müdafiə xəttini yara bilməyib.
35-ci dəqiqədə qonaqlar azlıqda qalıb.Nuralı Alip Renat Dadaşova qarşı kobudluq etdiyi üçün sarı vərəqə görüb. Müdafiəçi ardınca Eddi İsrafilovu itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan sonra meydan sahiblərinin hücumlarının kəsəri daha da artıb. 38-ci dəqiqədə rəqib qapıçıİqor Şatski topun qapıdan keçməsinin qarşısını alıb.Tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Milli ikinci yarıya daha sürətli başlayıb. Buna baxmayaraq, yığmabir saatın tamamına kimi çərçivəyə düşməkdəçətinlik çəkib. 65-ci dəqiqədə Mahir Emrelinin zərbəsi təhlükəli alınsa da,Şatski qonaqları qoldan xilas edib. Milli komanda bundan bir dəqiqə sonra istəyinə çatıb. 66-cı dəqiqədəAleksandr Maroçkin avtoqol müəllifi olub. 72-ci dəqiqədə Filip Ozobiç hesab arasındakı fərqi artırmağa yaxın olsa da, top qapının yanından keçib. 31 yaşlı yarımmüdafiəçi bundan 2dəqiqə sonra qonaqları məyus etməyi bacarıb. Ozobiçyığmadakı 10-cu matçında ilk dəfə qolla yadda qalıb. 83-cü dəqiqədə Mahir Emrelinin zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb. 90+1-ci dəqiqədə Anatoli Nuriyev matçda son nöqtəni qoyub. Forvard millidə 11-ci matçda ilk qoluna imza atıb.
Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb vəxallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub.Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstana qalib gəlib. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələyib. Qrupun digər oyununda isə Slovakiya Serbiyada Belarusla 1:1 hesablı heç-heçə edib.


