Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) açıqlama verilib.
Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır:
“Şübhəli şəxslər dindirilir. Parkın direktoru haqda yayılan məlumat həqiqəti əks etdirmir”.


