"Rusiya prezidenti Vladimir Putin onunla danışıqlar masası arxasında heç kim əyləşməyəcək".
Demokrat.az xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın "Bild" nəşrinə müsahibəsində deyib.
"Putinlə arasında danışıqların mümkünlüyü ilə bağlı sualı cavablandıran "Düşünürəm ki, bu imkanlar getdikcə azalır. Putin o həddə çatıb ki,danışıqlarda heç kim masa arxasına oturmayacaq", - deyə Zelenski qeyd edib.
O, Rusiya işğalçılarının Ukrayna ərazisini tərk edəcəyi təqdirdə Putinlə danışıqların mümkünlüyündən danışıb.
"İnanıram ki, onlar bizim ərazilərimizi tərk etsələr, biz danışıqlar masası arxasına əyləşə bilərik. Çünki onlar bizim ərazilərimizi tərk edəndə və biz sərhəddə olanda ərazi baxımından onlar bizim qonşumuz olaraq qalacaqlar”, - deyə Zelenski bildirib.


