Türk Dövlətləri Birliyinin (TDT) üzvü olan Qırğısıstanda rəsmi matəm günü başlayır.
Dünyada hər regionun öz "Ermənistan"ı var. Məsələn Balkanların "Ermənistan"ı Serbiyadır. Hind-Çin bölgəsinin "Ermənistan"ı Hindistandır. Orta Asiyanın
"Ermənistan"ı isə Tacikistandır. Real Ermənistan özünü Cənubi Qafqazda necə həyasız və murdarcasına aparırsa, Tacikistan da öz bölgəsində eyni rolu oynayır.
Tacikistan qonşu Qırğızıstana göz verib işıq vermir. Taciklər Qırğızıstanla sərhəddə səbəbli-səbəbsiz yerə tez-tez silahlı təxribatlar törədirlər. Və eynilə Ermənistan kimi öz elədiklərini danır, atəşkəsin pozulmasının günahını həmişə Qırğızıstanın üzərinə atırlar. Bu dəfə də belə oldu.
Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Şohin Səmədi bildirib ki, Qırğızıstan heç bir səbəb olmadan Tacikistana qarşı silahlı təcavüz aktı törədib və 2022-ci il sentyabrın 14-dən Tacikistan ərazisini atəşə tutmağa başlayıb.
Ancaq əsl həqiqətdə isə Şohin Səmədi yalan deyir. Təxribatı ilk başlayan Tacikistan olub. Qırğızıstan isə sadəcə olaraq adekvat tədbirlər görüb, cavab atəşi ilə Tacikistana necə deyərlər, dərs verib. Və bu zaman Qırğızıstan Türkiyədən aldığı "Bayraktar" PUA-larından da istifadə edib. Ancaq Qırğızıstanın özünün də itkiləri çoxdur. Belə ki, son baş verən toqquşmalar nəticəsində 59 nəfər qırğız hərbçi və mülki şəxs həyatını itirib, 150 nəfərə yaxın yaralı var.
Ona görə də, sentyabrın 19-u Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olan hərbçilərin və mülki şəxslərin xatirəsini anmaq üçün Qırğızıstanda Ümummilli matəm günü elan edilib.
Ayın 19-u bütün ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqlarının yarıya qədər endirilməsi nəzərdə tutulub.
Həmçinin, mədəniyyət müəssisələrində, istirahət yerlərində sentyabrın 19-da əyləncəli tədbirləri və proqramları ləğv etmək qərara alınıb.
Əslində biz də 12-13 sentyabr şəhidləri üçün bir günlük matəm keçirməliydik.
Bəybala Mirzəyev visiontv.az


