Moldovanın paytaxtı Kişinyov şəhərində hökumət əleyhinə genişmiqyaslı mitinq keçirilib. Demokrat.az "Reuters" agentliyinəistinadən xəbər verir ki, azı 5 min sakinhökumətin və qərbyönlü prezident MayaSandunun istefasını tələb edib. Aksiyaiştirakçılarıyüksək inflyasiya və enerji qiymətlərinin artmasına etirazlarını bildiriblər. Qedy edək ki, Moldova keçən il bağlanmış müqavilə əsasında Rusiyanın “Qazprom” şirkətindən qaz alır. Qiymət aylıq dəyişir və mövsümdən asılı olaraq qaz və neftin spot qiymətindən hesablanır. Spot qiymətlər bu il kəskin artıb. 3,5 milyon əhalisi olan postsovet məkanının ən kiçik dövləti Moldova enerji qiymətlərininavqustda 50%,sentyabrda 29% bahalaşmasısəbəbindən ciddi iqtisadi çətinliklərlə üzləşib.
Demokrat.az


