Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb.
Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərlə imzaladığı fərmandan irəli gələn tapşırıqlar icra olunur:
"Hazırda məhkəmələrdə problemli kreditlərlə bağlı heç bir hərəkət aparılmır".


