Bakı şəhərinin sərnişindaşıma sahəsində xidmət göstərən “Çinar-Trans” MMC məhkəməlik olub.
Demokrat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, “Binə” çörək zavodu kimi tanınan “İlkin-92” firması daşıyıcı şirkət “Çinar-Trans” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.
İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr-maddi ziyanın ödənilməsilə bağlıdır.


