Tanınmış müğənni, Rusiyanın Xalq artistiOleq Qazmanovun Ukraynanın İzyum şəhərində baş tutacaq konserti ləğv olunub.
Demokrat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putinin əsas təbliğatçılarından olan Xalq artistinin konsertinin ləğv olunma səbəbi İzyum şəhərinin Ukrayna ordusu tərəfindən azad olunmasıdır.
Qeyd edək ki, 11 Sentyabrda keçirilməli olan konsert “Rusiya burada həmişəlikdir” adlanırdı.
Leyla Demokrat.az


