Dünya

“Kim Çen In öldürülərsə, Şimali Koreya dərhal nüvə zərbəsi endirəcək” — “Politico”

“Kim Çen In öldürülərsə, Şimali Koreya dərhal nüvə zərbəsi endirəcək” — “Politico”

Şimali Koreyanın (KXDR) nüvə raketləri ölkə lideri Kim Çen Inın öldürülməsi halında avtomatik olaraq buraxılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Məlumata görə, bu məqam KXDR-in nüvə siyasəti ilə bağlı yeni fərmanında əksini tapıb.

Sənədə əsasən, hücum nəticəsində dövlətin nüvə komandanlığı və idarəetmə sisteminə təhlükə yaranarsa, düşmən qüvvələrini, o cümlədən təxribatın başlanğıc nöqtəsini məhv etmək üçün avtomatik və dərhal nüvə zərbəsi endiriləcək.

Şimali Koreya sentyabrın 9-da özünü rəsmi olaraq nüvə dövləti elan edib. Kim Çen Inın sözlərinə görə, Şimali Koreya heç vaxt nüvə silahından əl çəkməyəcək.

D
demokrat.az