Gündəm Özəl

“Rusiya Ermənistanda vəziyyəti gərginləşdirə bilər” — ŞƏRH

“Rusiya Ermənistanda vəziyyəti gərginləşdirə bilər” — ŞƏRH

“Ermənilər üçün Qarabağ məsələsi çox böyük problemdir. Onlar bundan azad olmaq və birdəfəlik Ermənistanı inkişaf etdirməyi düşünürlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Politoloqun sözlərinə görə, Laçın şəhərini, Zabux və Sus kəndlərinin Azərbaycana təhvil verilməsi ermənilər arasında çox səs-küy yaratmayacaq:

“Təbii ki, revanşistlərin bu təşəbbüsü ələ alacaqlarını da gözləmirəm. Amma, müxalif qüvvələr bu hadisədən Paşinyana qarşı istifadə etməyə cəhd edəcəklər. Düzdür, “Qarabağ klanı” bu ilin may ayında buna bir neçə dəfə cəhd etdilər, lakin heç nəyə nail olmadılar.

“Rusiya Ermənistanda vəziyyəti gərginləşdirə bilər” — ŞƏRH

Ermənilər anlayır ki, Qarabağ onlara 30 il müddətində ancaq bəlalar gətirib. Ona görə də, onlar bu çıban yarasında tez azad olmaq istəyirlər. Ümumiyyətlə, erməni kütlələri bu ərazilərin Azərbaycana təhvil verilməsinə çoxdan hazır idilər. Bilirsiniz ki, 10 noyabr bəyannaməsində də bu göstərilmişdi”.

Politoloq əlavə edib ki, Rusiya Ermənistanda müəyyən qarışıqlıq yarada bilər:

“Brüsseldə keçiriləcək növbəti görüşü Rusiya qısqanclıqla qarşılayır. Buna görə də, Rusiya Ermənistanda vəziyyəti gərginləşdirə bilər. Ancaq son hadisələrin Ermənistanda hakimiyyət dəyişdirə biləcəyini düşünmürəm. Ukraynada baş verən hadisələr Rusiyanın əlini-qolunu bir qədər bağlayıb və ona görə də, hələlik ciddi təsir görtərmək imkanına malik deyil. Bunu da Paşinyan çox yaxşı başa düşür”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az