Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb. Söküntü işlərinə avqustun 23-dən start verilib və davam etdirilir. Bununla da Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri aid olduğu dövlətin - Azərbaycanın nəzarətinə keçəcək. Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Demokrat.az-a açıqlamasında bildirib ki, artıq yeni dəhliz açılıb. O qeyd edib ki, yeni açılan dəhlizlə bağlı artıq hazırkı marşrutu ruslar tərk edəcəklər”.
Aynurə Pənahqızı Demokrat.az


