Gündəm Özəl

Ərəstun Oruclu: “Türkiyə özünün bir regional dövlət kimi imicini möhkəmləndirməyə çalışır”

Ərəstun Oruclu: “Türkiyə özünün bir regional dövlət kimi imicini möhkəmləndirməyə çalışır”

Türkiyə Ukrayna və Rusiya arasında vasitəçilik missiyalarına çalışır. Bəs, bununla Türkiyə nəyə ola bilər?

Məsələyə münasibət bildirən “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Türkiyənin bu məsələdə vasitəçilik cəhdləri yeni deyil. Politoloq qeyd edib ki, hələ müharibənin ilk aylarında Rusiya və Ukrayna xarici işlər nazirlərinin ilk görüşü də Türkiyənin vasitəçiliyi ilə Antalyada həyata keçirilmişdir:

“Bundan sonra biz gördük ki, Türkiyə istər Rusiya ilə, istərsə də Ukrayna ilə çox intensiv təmaslar saxlayır. Bu da təbiidir. Çünki bilirsiniz ki, V.Putinlə Yalta görüşündən sonra R.T.Ərdoğanın Ukraynaya səfəri heç də təsadüfi deyil və ora BMT-nin baş katibi A.Quterreş də gələcək. BMT də Türkiyənin bu missiyasını alqışlayır və Türkiyənin bu işi həyata keçirməsində maraqlıdır. Bu, ilk növbədə beynəlxalq aləmdə Türkiyənin rolunu artırır. Türkiyə bir tərəfdən bilirsiniz ki, Ukrayna ilə çox ciddi hərbi-strateji əməkdaşlığa malikdir. Digər tərəfdən isə Rusiya ilə iqtisadi əlaqələrini kəsmir və çalışır ki, hər iki tərəfdən bəhrələnsin”.

Ə.Oruclu diqqətə çatdırıb ki, bütün müharibələr sülhlə bitir və o sülh danışıqlarında kimin vasitəçi olacağını, kimin bu işlərdə həlledici rol oynayacağı indidən müəyyənləşir:

“Türkiyə də bu şansa sahib olmağa ən azı cəhd edir. Sülh danışıqlarının yekun mərhələsi olanda bilinəcək ki, orada əsas vasitəçi missiya kimin üzərinə düşür. Eyni zamanda, bu, Türkiyəyə imkan verir ki, onun həm beynəlxalq imici, həm beynəlxalq nüfuzu artsın. Həm də ki, bu amil onun mövqelərinin, o cümlədən bölgədə güclənməsinə təsir göstərəcək. Buna görə də, burada başqa bir səbəb yoxdur. Dediyim kimi, Türkiyə ilk növbədə özünün bir regional dövlət kimi imicini möhkəmləndirməyə çalışır. Göstərmək istəyir ki, o belə proseslərin, hətta çözülməsi mümkün olmayan kimi görünən prosesləri də tənzimləmək gücündədir. Konflikt tərəflərini bir araya gətirmək gücündədir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az