11 il əvvəl -2011-ci ilin avqustun 18-də Xankəndində yaşayan 13 yaşlı məktəbli qız Adelina Avaqimyan Azərbaycan Prezidentinə məktub yazmışdı.
“Qarabağ nəyinizə lazımdır?”-deyə sual verən bu qızcığaz əslində 30 il davam etmiş münaqişənin nəsillərarası yad tablosu idi.
“Mən heç zaman azərbaycanlı görməmişəm”-yazan Adelina bizi “yad adamlar” adlandırmışdı.
O zaman Prezident Administrasiyası qızı Azərbaycana dəvət etsə də Adelina gəlməkdən imtina etdi. “Mən onlara inanmıram. Qoy onlar özləri gəlsinlər və hər şeyi öz gözləri ilə görsünlər”-deyə Adelina müsahibəsində demişdi.
Biz də gəldik, Adelina!
Bu gün biz Xankəndinin 1 addımlığındayıq. Azərbaycan Ordusu dörd bir tərəfdən Dağlıq Qarabağı üzük qaşı kimi əhatəyə alıb.
Adelina da yəqin 44 günlük müharibənin dəhşətini yaşayıb. İndi onun 23 yaşı olmalıdır. Yəqin hər gün Xankəndindən keçən Azərbaycan əsgərlərini görür, Laçında, Kəlbəcərdə Şuşada dalğalanan üçrəngli Azərbaycan bayrağını seyr edir.
Adelina yəqin ki, bir zaman verdiyi suallara indi cavab tapa bilib.

Xəqani Səfəroğlu "Azpost.info" saytının baş redaktoru Demokrat.az


