Bakı Kommersiya Məhkəməsi daha bir neçə şəxsin ölkədən çıxışına məhdudiyyət qoyub.
Demokrat.az xəbər verir ki, İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ərizə təqdim olunub.
Ərizədə İsmayılov Hacbala Sübhəli oğlu, Bayramova Cəmilə Böyükağa qızı, Qədirov Ədalət Nurəddin oğlu, Tağızadə Fikrət Qurbanəliyeviç, Kapanadze Dmitri, Əhmədov Etibar Tofiq oğlunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması istənilib.
Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
Qərara görə, Hacbala İsmayılov, Cəmilə Bayramova, Ədalət Qədirov, Fikrət Tağızadə, Kapanadze Dimitri və Etibar Əhmədovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.
Fariz Məlikli Demokrat.az


