Dünya

Qəzzadan İsrailə 350-yə yaxın raket atıldı

Qəzzadan İsrailə 350-yə yaxın raket atıldı

“Sübh” əməliyyatının ilk günündəQəzza zolağından İsrailə 350-yə yaxın raket atılıb.

Demokrat.azxəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, “İslami Cihad” terrorçuları cümə günündən bəri350-yə yaxın raket atıblar. Bunlardan 94-ü Qəzza zolağına, 29-u Aralıq dənizinə,ikisi Təl-Əviv yaxınlığına düşüb.

“Dəmir günbəz” hava hücumundan müdafiə sistemi162 raketin qarşısını alıb. Məlumata görə, raket hücumları hələ də davam edir. Sderot və Eşkol şəhərləri atəş altındadır, Aşdodda isə bir neçə raket zərərsizləşdirilib.

D
demokrat.az