Dünya

Serbiya və Kosovo rəhbərləri Brüsselə çağırıldı

Serbiya və Kosovo rəhbərləri Brüsselə çağırıldı

Avropa İttifaqı rəsmiləri Serbiya və Kosovo arasında yaşanan gərginliklə əlaqədar tərəfləri müzakirələr aparmaq üçün Brüsselə dəvət ediblər. Demokrat.azxəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmisiPeter Stano bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Kosovonun şimalında baş verən hadisələri yaxından izləyir. P. Stanosabitlik və təhlükəsizliyə xələl gətirən, vətəndaşların hərəkət azadlığına mane olan hər hansı razılaşdırılmamış və birtərəfli hərəkətlərin dərhal dayandırılmasının vacibliyini diqqətə çatdırıb.O hesab edir ki,gərginliyin həllinin yeganə yolu dialoqdur. P. Stanoqeyd edib ki, Avropa İttifaqıgərginliyin yenidən yaranmasının qarşısını almağın yollarını müzakirə etmək üçün hər iki tərəfin rəsmilərini Brüsselə dəvət edib.

Demokrat.az

D
demokrat.az