Dünya

Məşhəddə daşqınlar nəticəsində 7 İraq vətəndaşı öldü

Məşhəddə daşqınlar nəticəsində 7 İraq vətəndaşı öldü

Məşhəddə daşqınlar nəticəsində 7 İraq vətəndaşı həlak olub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Xorasan Rəzəvi valiliyi məlumat verib.

Məlumatda qeyd olunur ki, daha 3 İraq vətəndaşı itkin düşüb.İraq vətəndaşlarını daşıyan mikroavtobus Məşhəd yaxınlığında yerləşən Mayamidən Çenarək kəndinə gedərkən leysan yağışları və daşqınlar səbəbindən aşıb, avtobusda olanlardan 7 nəfər həyatını itirib.

Demokrat.az

D
demokrat.az