Hadisə

11 yaşlı uşağı “tok” vurub öldürdü

11 yaşlı uşağı “tok” vurub öldürdü

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bum qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2011-ci il təvəllüdlü Aqşin Qurban oğlu Ağasiyev qırılaraq yerə düşən elektrik naqilinə toxunması nəticəsində onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az