Gündəm Özəl

Deputat: “İcra başçıları onlara göstərilən yüksək etimadı doğrultmalıdırlar”

Deputat: “İcra başçıları onlara göstərilən yüksək etimadı doğrultmalıdırlar”

“Cənab Prezident İlham Əliyev yeni icra başçıları ilə görüşdə bir çox xüsusi əhəmiyyət daşıyan məsələlərə toxundu”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Ceyhun Məmmədov deyib.

“Cənab Prezident bu çıxışı ilə bir daha onu göstərdi ki, o, hər bir məsələdən xəbərdardır. Və bu görüşdə də Cənab Prezident əsas yol xəritəsini bir daha yeni icra başçılarına xatırlatdı. Yəni, burada söhbət ondan gedir ki, icra başçıları onlara göstərilən yüksək etimadı doğrultmalıdırlar. Heç kim qanundan üstün deyil. Rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə getməlidir, eləcə də şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğı göstərilməlidir. Rayonlarda yeni infrastruktur layihələrin icrası ilə bağlı zəruri və ciddi addımlar atılmalıdır”.

Deputat: “İcra başçıları onlara göstərilən yüksək etimadı doğrultmalıdırlar”

Deputat əlavə edib ki, bu gün bu istiqamətdə dövlətin konkret tapşırıq və tövsiyələri var:

“Hər kəs çalışmalıdır ki, bu tövsiyələri, tapşırıqları konkret və dəqiq formada yerinə yetirsin. Bu gün Azərbaycanda bütün sahələrdə islahatlar gedir, təmizlənmə gedir. Bununla da, bağlı dəfələrlə Cənab Prezident öz fikirini bildirib. Bu gün bütün məmurların, eləcə də yeni vəzifəyə təyin olunan insanların qarşısında bir sıra mühüm vəzifələr durur. Onlar çalışmalıdırlar ki, bu vəzifələrin öhdəsindən layiqincə gəlsinlər. İnsanlarla açıq təmasda olsunlar, problemlərini dinləsinlər, kəndləri gəzsinlər, şəhid ailələrinə diqqət göstərsinlər və infrastruktur layihələrinin həyata keçirilməsində iştirak etsinlər. Həmçinin, rayonlara investisiya cəlb etsinlər. Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə aparsınlar. Yeni kadrların təyin olunması məsələsində də peşəkar kadrlara üstünlük verilməsi və bu istiqamətdə addımların atılması isə, hər bir dövlət məmurunn qarşısında duran mühüm vəzifədir”.

Aynurə Demokrat.az

D
demokrat.az