Hadisə

60-a yaxın məhbus həbsxanadan qaçdı

60-a yaxın məhbus həbsxanadan qaçdı

Venesuelanın Nueva-Esparta ştatında təxminən 60 məhbus həbsxanadan qaçıb.

Demokrat.az xəbər verir ki, qaçış zamanı bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb. Hadisə zamanı yaralanan keşikçilər xəstəxanaya yerləşdiriliblər.

Hazırda məhbusların axtarışları aparılır.(RİA Novosti)

D
demokrat.az