Gündəm

“Türkiyə və Ermənistan arasında ideoloji düşmənçilik səviyyəsində olan xeyli problemlər var” — ŞƏRH

“Türkiyə və Ermənistan arasında ideoloji düşmənçilik səviyyəsində olan xeyli problemlər var” — ŞƏRH

“Türkiyə və Ermənistan münasibətləri müəyyən həddə qədər inkişaf edə bilər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi-şərhçi Elman Fəttah deyib.

Onun sözlərinə görə, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması reallaşa bilər:

“Ancaq bu münasibətlərin hərtərəfli inkişafını gözləmək hələ tezdir. İki ölkə arasında həlli çox çətin, ideoloji düşmənçilik səviyyəsində olan xeyli problemlər var. O ki qaldı Ermənistan-Azərbaycan münasibətlərinə, ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşməsi, Qarabağ probleminin tam həlli və nəhayət sülhün imzalanması yaxın gələcəkdə həllini tapacaq məsələ deyil. Unutmayaq ki, bu problemlərin həll edilməsi və ya qalması məsələsində müəyyənedici faktor Rusiyadlr. Kreml isə Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasında heç də maraqlı görünmür”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az