Dünya Özəl

Zelenski almaniyali həmkarına təşəkkür etdi

Zelenski almaniyali həmkarına təşəkkür etdi

Ukrayna Prezidenti Volodimr Zelenski və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer telefonla danışıblar.

Demokrat.az xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də yazıb:

“Biz Almaniya xalqının Avropa İttifaqına gedən yolda Ukraynaya göstərdiyi həmrəyliyi və Rusiya təcavüzünə qarşı mübarizədə dəstəyini yüksək qiymətləndiririk. Kremençuka edilən qeyri-insani hücumla bağlı Prezidentin başsağlığına görə təşəkkür etdim”, - Zelenski qeyd edib.

Leyla Demokrat.az

D
demokrat.az