Gündəm

Azərbaycanı hədəf alan İran şəbəkəsinin ifşası — Lider erməni imiş...

Azərbaycanı hədəf alan İran şəbəkəsinin ifşası — Lider erməni imiş...

Son günlərİran şəbəkəsinin Azərbaycan əleyhinə fəallığı müşahidə olunur. İranpərəst qüvvələrin müxtəlif platformalar vasitəsilə təxribatçı çıxışları xüsusilə diqqət çəkir. Prosesləri analiz edərkən, din pərdəsinə bürünən radikal qrupların fəallaşmasının əbəs yerə olmadığı görünür. Məqsədölkədə sabitliyi və əmin-amanlığı pozmaq, inanclı kəsim arasında ixtilaflar yaratmaqdır.

Bunaparalel olaraq Ermənistan-İran əlaqələrinin güclənməsinəzərdən qaçmır. Diqqət edək: bir tərəfdə farsaşiqləri Azərbaycanın üzərinə qaldırılır, digər yandan İran-Ermənistan "qardaşlığı" çiçəklənir. Hadisələrin oxşar məcrada davam etməsi bunun heç də təsadüf olmadığından xəbər verir.

Əslində nələr baş verir?

Modern.azbildirir ki,hazırda ölkəmiz Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar aparır. Həm Bakı, həm də İrəvan sülhə hazır olduğunu bəyan edərək, danışıqlara maraq göstərdiklərinitəsdiqləyir. Lakin Ermənistandakı revanşist qüvvələr ciddi cəhdlə sülhə mane olmağa, ölkəni yenidən münaqişə vəziyyətinə qaytarmağa çalışırlar. Əlaqələrin normallaşmasına doğru addımların atıldığı bir məqamda İrandan uzanan əllər sülhü boğmağa, eyni zamanda diqqəti danışıqlardan yayındırmaq məqsədilə sabitliyi pozmağa can atır.

Sülhə qarşı durankimliyini araşdırarkən ortaya maraqlı məqamlar çıxır. Bəlli olur ki,Ermənistandakı revanşist qüvvələr İrandakı anti-Azərbaycan düşərgəsilə eyni mövqedən çıxış edir, əlaltıları onların tapşırıqlarını ssenariüzrə yerinə yetirir...

Kampaniyanın aparıcı simalarından biriiranşünas,iransevər və nəhayət,Nikol Paşinyan hökumətinin sərt tənqidçisi professor Vardan Voskanyandır.

Azərbaycanı hədəf alan İran şəbəkəsinin ifşası — Lider erməni imiş...

Voskanyanhazırda Yerevan dövlət universitetində iranşünaslıq kafedrasının müdiri vəzifəsində çalışır.İranda Azərbaycana düşmən kəsilən və ölkəmizə qarşı təbliğat aparan qüvvələrlə yaxından əməkdaşlıq edir.

O, iranlı həmfikirləriilə birləşərək Azərbaycan əleyhinəgizli kampaniyanın əsas müəlliflərindən biridir.VoskanyanQum şəhərində Ayətullah Mərəşinin yaratdığı kitabxanada saxlanılan Qurani-kəriminən böyük əlyazmasının yanındadayanaraq bildirib ki, İran Ermənistanın yanındadır.

İşğal dövründə biz bu birliyin şahidi olmuşuq. O, özünü guya məscidləri bərpa edən qrupun işinin əlaqələndiricisi kimi qələmə verərək Şuşada vəYerevanda "iranlıların məscidlərini" bərpa edəcəyini bildirib. Halbuki öz ölkəsi müsəlman məscidlərini yerlə-yeksan etməklə məşğul olub.

Voskanyaneyni zamanda sosial şəbəkə vasitəsilə fars, kürd, ingilis dilində Azərbaycana qarşı qarayaxma aparmaqla məşğuldur. O, əvvəldən hazırlanmışplanın tərkib hissəsi olaraq, sosial media istifadəçilərini Azərbaycana qarşı birləşməyə çağırır, habelə onlarla eyni düşüncədə olan radikalları təlimatlandırır.

Azərbaycanı hədəf alan İran şəbəkəsinin ifşası — Lider erməni imiş...

İranşünas erməni alim qısa zaman ərzində fars dostlarınınsevimlisinə çevrilib. Vəziyyət o həddə çatıb ki, İran rejimi adından belə çıxış etməkdən çəkinmir.

Voskanyan44 günlük Vətən müharibəsində İranın “Shabake Khabar” (Xəbər şəbəkəsi) telekanalının qonağı olarkənbildirmişdiki, general Qasım Süleymani Qarabağ müharibəsində Ermənistanın tərəfində olub.O, Süleymaninin İranın dövlət maraqlarından çıxış edərək Ermənistana tərəf olduğunu iddia edib. Hətta generalın Azərbaycanın qurudan Naxçıvanla birləşərək uzun pantürk qurşağı yarada biləcəyindən qorxduğunu sözlərinə əlavə edib.

Bu faktlar əsasında deyə bilərik ki, İrandakı hərbi-ruhani dairələrin Azərbaycan əleyhinə fəaliyyəti, torpaqlarımızın işğaldan azad edilməsindən narahat olmaları, Azərbaycanın daxilində İran şəbəkəsini fəallaşdırması heç də təsadüf deyil. Bütün bunlar böyük planın tərkib hissəsidir.

Onu da bildirək ki, anti-Azərbaycan şəbəkəsinin fəallaşdığı dönəmdə İranla Ermənistan arasındadövlət səviyyəsində görüşlər də artıb. Bu yaxınlarda Ermənistan parlamentinin sədri Alen Simonyan İranda səfərdə olub, o keçirdiyi görüşlərdəErmənistanın inkişaf etməsində İranın rolunu xüsusi vurğulayıb. Bundan başqa, İran parlamentinin bir qrup nümayəndəsi Ermənistana səfər edib. ArdıncaErmənistan və İran tərəfi birgə kulinariya festivalı keçirmək istədiklərini bildiriblər.

İran və Ermənistan rəsmiləri iki ölkə arasında dostluq əlaqələrinin “tarixi” köklərə bağlı olduğunu hesab edirlər. Nə qədər təzadlı olsa da, qardaşlıq münasibətlərindən dəm vuran bu ölkələrdən biri – Ermənistan müsəlmanlara qatı düşmən mövqeyi bəsləyir, digər tərəf – İran isə özünü İslam ənənələrinin “davamçısı” kimi qələmə verir.

Ermənilərlə farsların“dostluğu” ağıllara bəzi sualları gətirir:İki əks istiqamətdə yer alan İranla Ermənistanı nələr birləşdirir? İran rəsmiləri onların mənsub olduğu dini təhqir edənləri hansı məntiqlə “qardaş” hesab edirlər?

Əlbəttə, bu sualların cavabları hər kəsə bəllidir. İran dairələri Azərbaycan haqqında nə qədər xoş fikirlər, təriflərsəsləndirsələr də, reallıq bunun tamamilə əksini deyir. Bu gün Azərbaycana dost, qardaş deyən İranın siyasi qüvvələriVardan Voskanyan kimi İslam düşməninə qucaq açmaqla ermənilərdən heç nə ilə fərqlənmədiklərini nümayiş etdirirlər.

D
demokrat.az