Dünya

Çinin döyüş təyyarələri Tayvanın hava zonasına daxil oldu

Çinin döyüş təyyarələri Tayvanın hava zonasına daxil oldu

Çinə aid qırıcı təyyarələr Tayvanın hava sahəsini pozub.

Bu barədə Tayvanın Müdafiə Departamenti məlumat yayıb. Bildirilib ki, əməliyyatda Çin Xalq Azadlıq Ordusunun J-16 döyüş təyyarələri, H-6 strateji bombardmançı təyyarələri, sualtı qayıqlara qarşı Y-8 təyyarələri və digər təyyarələr iştirak edib.

Tayvan Müdafiə Nazirliyi döyüş təyyarələrini qaldıraraq cavab verdiyini və hava hücumundan müdafiə qüvvələrinin hədəfləri izlədiyini qeyd edib.

D
demokrat.az