Hadisə

Bakıda yaşayış binasında yanğın başlayıb

Bakıda yaşayış binasında yanğın başlayıb

Bakıda yaşayış binasında yanğın başlayıb.

Demokrat.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov 22 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Binanın 10-cu mərtəbəsində yerləşən mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

D
demokrat.az