Asiya ölkəsi olan Şri Lankada bundan sonra həftədə 4 gün iş günü olacaq.
Demokrat.az xəbər verir ki, hökumət cümə gününün də istirahət günü olması ilə bağlı qərar verib.
Hazırda Şri Lankada əhali çox çətin vəziyyətdədir. Belə ki, elektrik enerjisi gündə 13 saat verilir.
Əhalinin etirazları isə səngimək bilmir. Etirazlarda 8 nəfər ölüb, 250 nəfər isə yaralanıb.
Qeyd edək ki, ölkədə elektrik enerjisi problemi ilə yanaşı qida və yanacaq qıtlığı da mövcuddur.
Malik Demokrat.az


