Dünya

Rusiya nüfuzlu beynəlxalq təşkilatdan çıxdı

Rusiya nüfuzlu beynəlxalq təşkilatdan çıxdı

Rusiyanın Baş naziri Mixail Mişustin ölkənin Dünya Turizm Təşkilatından (UNWTO) çıxması haqqında sərəncam imzalayıb.

Demokrat.az xəbər verir ki, sərəncama əsasən “Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq Rusiya Xarici İşlər Nazirliyinin ölkənin Dünya Turizm Təşkilatından çıxması barədə aidiyyəti federal icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təklifi qəbul edilib.

Rusiya hələ aprelin 27-də Ukraynadakı müharibə və ölkəyə qarşı sanksiyaların tətbiqi fonunda “fəaliyyətinin siyasiləşdirilməsinə görə” UNWTO-dan çıxmaq niyyətini açıqlamışdı.

D
demokrat.az