İdman Özəl

Milli Qəhrəmanın oğlu çempion oldu — FOTOLAR

Milli Qəhrəmanın oğlu çempion oldu — FOTOLAR

Azərbaycanın Milli Qəhrəmanı, Asif Məhərrəmovun oğlu Azər Məhərrəmov iştirak etdiyi növbəti yarışda uğur qazanıb.

O, Polşanın Rumya şəhərində keçirilən Qol güləşi üzrə Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Demokrat.az çempionla əlaqə saxlayıb, qələbənin təəssüratlarını öyrənib:

“Sağ-salamatlıqla gedib yerimizə çatdıq, qeydiyyatdan keçdik, tərəziyə çıxdıq. Sağ əldə iştirak etdik, master kateqoriyasında 1-ci yerə, elə həmin gün də sinyorlarda 2-ci yerə çıxdım.İki dəfə bayrağımızı qaldırdıq, dalğalandırdıq. Avropanın 17 dövlətindən iştirak edirdilər, təbii ki, Polşada keçirildiyinə görə Polşadan çox idi. Əsas rəqiblərim polşalılar idi. Fransa komandasından iki türk iştirak edirdi, finallarda Polşanın bayrağı qalxırdı dəqiqədə bir, türklər dedi ki, abi, nə vaxt bizim ay ulduzumuz yüksələcək bu bayraqların arasında, dedim ki, gözlə kateqoriyam gəlsin, Allahın köməkliyi ilə biz qaldırarıq. Bizim də çalışdığımız idmanı qaldırmaqdır, gənclərimizi idmana dəvət etməkdir. Çünki gələcəyin əsgəri bizim gənclərimizdir.”

O, qalibiyyətini atasının timsalında bütün şəhidlərimizə həsr edib:

“Yarışa getməzdən öncə həmçinin Milli Qəhrəman, Asif Məhərrəmovun, atamın qəbrini, şəhidlərin hamısını ziyarət edib gedirik. Həmişə də uğurlu olub. Onlardan da sonra demək olar ki, bayrağı biz idmançılar qaldırırıq. Yarışlara həmişə gedəndə şəhidlərimizə və şəhidlərimizin övladlarına həsr etmişəm.”

Azər Məhərrəmov 1997-ci ildən peşəkar idmanla məşğul olur. Dəfələrlə dünya və Avropa çempionu titulunu qazanıb.

Milli Qəhrəmanın oğlu çempion oldu — FOTOLAR
Milli Qəhrəmanın oğlu çempion oldu — FOTOLAR

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az