“Ukraynaya getmişdim, lakin yenidən Bakıya qayıtmışam. Çünki rəhbərliyimiz hesab edir ki, qadınlar hələ Ukraynaya getməməlidir. Bizə Bakıda iş tapşırıblar. İş başındayıq. Hazırda bu günkü analitik məlumatı izləyirəm, yazıb rəhbərliyə çatdırıram. Hər gün press-reliz, analitik yazılar gedir.
Bundan başqa, çox mühüm işlərlə məğuluq. Oturub işimizi görürük. Burda nə problem ola bilər? Burada işimiz kifayət qədərdir. Allahın izni ilə hərbi münaqişə bir qədər səngisə, yekunlaşmaq üzrə olsa, biz mütləq Ukraynaya gedəcəyik. Rəhbərliyimiz hələ buna lüzum görmür. Dövlət qulluqçusu kimi əmrə tabe insanlarıq. Burada təəccüblü nəsə yoxdur. Səfirliyin işçilərinin yarısı Bakıdadır. Dörd nəfər burada qalmışıq. İki xanım, iki kişi Bakıda işləyirik. Üç əməkdaşımız da Ukraynadadır. Bir neçə dəfə müraciət etdim. Lakin rəhbərlik hesab edir ki, burada lazımıq, hələlik bizi Ukraynaya göndərmir. Bizim getməyimizi lazım bilsələr, hər an getməyə hazırıq. İndi icazə verilmir. Özbaşına deyiləm ki....”
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib.
Xanım səfir Bakıda Xalq artisti Brilliant Dadaşovanın konsertinə gedərkən Heydər Əliyev sarayının qarşısında yayılan görüntülərinə də aydınlıq gətirib: “Brilliant Dadaşovanın özü ilə də, həyat yoldaşı Ədalət Hacıyevlə də şəxsi tanışlığımız var. Bu insanlara hörmət edirəm. Hörmət əlaməti olaraq da gedib Brilliant Dadaşovanın tədbirini ziyarət etdim”.
Demokrat.az


