Gündəm Özəl

Zərdüşt Əlizadə: “Onlar şüurlu surətdə, bilərəkdən Rusiyanı müdafiə edirlər”

Zərdüşt Əlizadə: “Onlar şüurlu surətdə, bilərəkdən Rusiyanı müdafiə edirlər”

Azərbaycanda bəzi şəxslər ölkəmizin 30 ildə çəkdiyi bəlaları görməzdən gəlib, Rusiya-Ukrayna savaşında şimal qonşumuzu dəstəkləyir. Maraqlıdır, bu şəxslərin əsas məqsədləri nədir?

Sualımızı cavablandıran Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu və ilk sədri, politoloq Zərdüşt Əlizadə bildirib ki, hər şeyin mayasında iqtisadi maraq durur:

“Rusiyaya dəstək verən həmin qüvvələri hansısa mücərrəd əqidələr, ədalət, insaf, yəni belə şeylər maraqlandırmır. Onları ancaq özlərinin şəxsi maraqları maraqlandırır. Təbii ki, həmin şəxslərin maraqları da Rusiya ilə bağlıdır. Fikirləşirəm ki, yəqin ona görədir. Mən burada başqa bir səbəb görmürən.Həmin adamlarla başqa bir məsələ, hadisə barəsində danışanda görürsən ki, çalışırlar ki, ədalətli olsunlar. Amma məsələ Rusiyaya çatanda onlar öz şəxsi mənafelərini üstün tuturlar. Onlar şüurlu surətdə, bilərəkdən, qərəzli şəkildə Rusiyanı müdafiə edirlər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az