Salyanda qətl hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə Salyan şəhərində baş verib.
Salyan sakini, 1970-ci il təvəllüdlü Əhmədov Natiq Adil oğlu bıçaqla qətlə yetirilib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(apa.az)


