Gündəm Özəl

“İran Azərbaycanla münasibətləri normallaşdırmağa məcburdur” — ŞƏRH

“İran Azərbaycanla münasibətləri normallaşdırmağa məcburdur” — ŞƏRH

“Artıq 10 günə yaxındır ki, İranda acların üsyanı başlayıb və bu üsyan artıq paytaxt Tehrana qədər gəlib çatıb. Bu da ərzaq qıtlığı və xüsusilə strateji ərzaqların çörək, un digər ərzaq növlərinin qiymətlərinin kosmik səviyyədə bahalanması ilə bağlıdır. Təbii ki, bu da kasıb əhalinin istifadə etmə imkanı xaricindədir. Belə bir ərəfədə, bir də İrana tətbiq olunan iqtisadi sanksiyalar fonunda İran çox ciddi şəkildə əzilməkdədir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

“Doğrudur ki, Rusiya kimi ölkələrlə özünün enerji daşıyıcılarını tapmaqla, bitəhər çulunu sudan çıxardır, ancaq bu təkcə bu ölkələrlə əməkdaşlıqla əmələ gələcək məsələ deyil. İran 78 milyon əhaliyə malik bir ölkədir və belə olduğu təqdirdə mütləq mənada İranın qonşu ölkələrlə, xüsusilə də regiondakı ölkələrlə ciddi iqtisadi-ticari əməkdaşlığına ehtiyac var. Ona görə də, İranın qonşu Azərbaycanla bu cür əməkdaşlığa ehtiyacı var. Azərbaycan da bu cür əməkdaşlığa açıqdır”.

“İran Azərbaycanla münasibətləri normallaşdırmağa məcburdur” — ŞƏRH

Politoloq əlavə edib ki, İran hər zaman Azərbaycanı olmayan düşmənçiliklə ittiham edir və bu günün özündə də bu prosesi davam etdirməkdədir:

“Çünki Azərbaycan onların qeyri-qanuni qazanc mənbələrinə bir çomaq soxub. Bildiyiniz kimi, 44 günlük Qarabağ müharibəsindən sonra hələ də Azərbaycanın nəzarət etmədiyi ərazilərə İrandan tırlara gəlirdi ki, bu tırlar vasitəsilə silah-sursat, narkotik və digər qeyri-qanuni mallar daşınırdı.Bu da, əlbəttə ki, birbaşa SEPAH-ın büdcəsinə gedirdi. SEPAH-ın daşıdığı narkotiklərin qiyməti ildə 50 milyard dollara yaxındır. Birdən-birə Azərbaycan bu dəliyi qapatdı. Fikir verirsinizsə, İran xüsusilə bu məsələdə “qazanclı” olan qüvvələr narahat oldular. Azərbaycana düşmən mövqe ortalığa qoydular”.

İranın son zamanlar münasibətlərinin normallaşdırmaq istiqamətindəki addımlarının əslində məcburi davranış olduğunu vurğulayan politoloq əlavə edib ki, Azərbaycan dövləti sadəcə ticarət, iqtisadi əməkdaşlığı özündə ehtiva etmir:

“Eyni zamanda, Azərbaycan dünyaya açılan pəncərə, dəhlizdir. Ona görə də, bu yeni yaradılan kommunikasiya sistemlərindən İran bəhrələnmək üçün ən azından Azərbaycandan keçməklə Qara dənizə, Avropaya, Qərb dünyasına çıxıçını təmin etmək üçün bu cür əməkdaşlığa ehtiyacı var. İran texnoloji cəhətdən və digər məsələrlə bağlı o qədər də inkişaf etmiş ölkə deyil. Bu gün informasiya, nəqliyyat, logistika, enerji vəd igər məsələrlə bağlı Azərbaycan la əməkdaşlıq etməyə ehtiyac var. Ayrıca bu gün Naxçıvanı, Şərqi Zəngəzurla birləşdirən bir kommunikasiyaların açılması məsələsi İranla müqavilə şəklində razılaşdırılıb.Və bu, dəhlzi həm də İranın maraqlarına xidmət edir. Çünki məhz həmin dəhlizdən bəhrələnərək, bilirsiniz ki, həmin dəhliz təkcə avtomobil yolunu deyil, dəmir yolunu özündə ehtiva edəcəkdir. Bu da İranın öz məhsullarını çox rahatlıqla dünyaya çatdıra bilmə imkanı tanıyacaq. Yeni bazarlar və maliyyə imkanları İrana tanınırsa, İran nəyə görə Azərbaycala düşmənlik etməlidir?İranın bu gün təkcə Azərbaycanla deyil, eyni zamanda inkişaf etmiş dünya ilə , xüsusilə də Qərblə münasibətləri tənzimləməsinə ehtiyacı var ki, ən azından özünün enerji daıyıcıları və digər məhsullarını rahatlıqla Qərb, Avropa bazarına çıxara bilsin. İran özünün əvvəlki siyasətini davam etdirrisə,düşünürəm ki, bu, İranı gələcəkdə acınacaqlı vəziyyətə gətirə bilər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az