Gündəm

“NATO Gürcüstanın inteqrasiya istəyini tam dəstəkləyir”— Stoltenberq

“NATO Gürcüstanın inteqrasiya istəyini tam dəstəkləyir”— Stoltenberq

NATO Baş katibi Yens Stoltenberq və Gürcüstan Baş naziri İrakli Qaribaşvili Brüsseldə görüşüb.

Bu barədə Stoltenberq “Twitter“də bildirib.

“NATO-nun yaxın tərəfdaşı olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdüm. Biz Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsini müzakirə etdik. NATO hər bir ölkənin suverenliyini, ərazi bütövlüyünü və öz yolunu seçmək hüququnu, həmçinin Gürcüstanın Avro-Atlantika məkana inteqrasiya istəklərini tam dəstəkləyir”, – Stoltenberq bildirib.

Demokrat.az

D
demokrat.az