Dünya

Finlandiya XİN NATO-ya daxil olmaq üçün ərizə imzaladı

Finlandiya XİN NATO-ya daxil olmaq üçün ərizə imzaladı

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkənin NATO-ya daxil olması üçün ərizəni imzalayıb.

Bundan dərhal əvvəl Finlandiya Prezidenti Sauli Niinistö Stokholmdan videobağlantı vasitəsilə ölkə parlamentinin alyansa qoşulması ilə bağlı qəbul etdiyi qərarı rəsmən təsdiqləyib.

Qeyd edək ki, bu gün Finlandiya parlamenti NATO-ya üzv olmaq təklifini dəstəkləyib, 188 deputat lehinə, 8-i isə əleyhinə səs verib. Sənədlər mayın 18-i Brüsselə təhvil veriləcək.

Demokrat.az

D
demokrat.az