Hadisə

Samuxda yanğın olub — Ölən var

Samuxda yanğın olub — Ölən var

Samux rayonunda, fərdi evdə baş verən yanğın ölümlə nəticələnib.

Demokrat.az-ın məlumatına görə, hadisə rayonun Abbas Qasımov küçəsində qeydə alınıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub.

Ölən şəxs Samux rayon sakini, 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğludur. Onun tüstüdən zəhərlənərək öldüyü bildirilir.

O, hadisə zamanı evdə tək olub. Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az