Gündəm

Nazirlikdən sürücülərə XƏBƏRDARLIQ

Nazirlikdən sürücülərə XƏBƏRDARLIQ

Bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

Demokrat.az bildirir ki,Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, mayın 10-da ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Bakı-Ələt-Qazax, Giləzi-Xızı, Quba-Xaçmaz, Quba-Qusar, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bərdə-İstisu, Ucar-Zərdab-Ağcabədi, Bəhramtəpə-Biləsuvar, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Yevlax-Zaqatala, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Ağdam-Füzuli-Horadiz, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.

Demokrat.az

D
demokrat.az