Ukrayna Prezidenti Volodimir Zelenskimayın 9-da Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya mümkün müharibə elanını şərh edib.
Demokrat.az xəbər verir ki, bubarədə "Fox News" telekanalına müsahibəsində bildirib.
"Mayın əvvəlində Ukrayna kəşfiyyatıxəbər vermişdiki, son üç ayda canlı qüvvə itkisinə görə Rusiya Ukraynaya müharibə elan etməyə hazırlaşır.
İlkin olaraq, Putin bunu 9 May Qələbə Günü qeyd etmələri zamanı edə bilər. Müharibənin açıq elan edilməsi ümumi səfərbərlik deməkdir.
Baxmayaraq ki, bəzi ekspertlər Kreml hakimiyyətinin bunu rəsmiləşdirmək cəsarətinə şübhə edirlər.Hərbi analitik Oleq Jdanovun sözlərinə görə,səfərbərlik gizli şəkildə həyata keçiriləcək. Bunu Putinin nümayəndəsi Dmitri Peskovun Rusiya Federasiyasının kəşfiyyat tərəfindən səsləndirilən niyyətlərini inkar edən son açıqlamaları sübut edir".
Bu haqda danışan Zelenski: "Bizim üçün bu, heç nəyi dəyişməyəcək. Bizim üçün müharibə 8 ildir, 70 gündən artıqdır ki, tammiqyaslı müharibə gedir".
Onun fikrincə, rusların axtardığı qələbə sivil dünyanın məğlubiyyətidir.
Prezident əlavə edib ki, 9 May dünyanın yaddaşında faciə, qanlı gün olan bir gün kimi qala bilər.
Leyla Demokrat.az


