Əfqanıstanı idarə edən "Taliban" rejimi qadınlarla bağlı yeni qaydalar elan edib.
Demokrat.az xəbər verir ki, "Taliban" rejimi qadınların çadra geyinməsinin vacib olduğunu bildirib. Qadınların sadəcə gözləri açıq qala bilər.
Qadınlar qaydanı pozarsa, əvvəlcə ailə üzvü olan kişilər xəbərdarlıq ediləcək, xəbərdarlığa məhəl qoyulmayacağı təqdirdə isə həmin kişilər 3 günlük həbslə cəzalandırılacaq.
Eyni zamanda çadra geyinməyən qadınlar dövlət işlərində işləyə bilməyəcək və dərhal işdən çıxarılacaqlar.
Qeyd edək ki, "Taliban" rejimi daha əvvəl qızlarla oğlanların universitetdə bir gündə dərs almaması üçün onların fərqli günlərdə dərsə gəlmələri ilə bağlı qərar çıxarmışdı.
Malik Demokrat.az


