Hadisə

Türkiyədə seçki məntəqəsində iki nəfər güllələndi

Türkiyədə seçki məntəqəsində iki nəfər güllələndi

Türkiyədə seçki məntəqəsində iki nəfər güllələnib.

Türkiyənin “Sözcü” qəzetinin məlumatına görə, hadisə Malatya vilayətinin Pötürge rayonunda yerli vaxtla saat 10.30-da baş verib.

Bildirilir ki, qanlı hadisə səsvermə zamanı yaranan dava nəticəsində olub. İki nəfər tapançadan açılan atəş nəticəsində qətlə yetirilib.

Hadisə ilə əlaqədar bölgəyə təhlükəsizlik qüvvələri cəlb olunub.

D
demokrat.az