“7 may 2022-ci il saat 16:00-da Xalça Muzeyində “Şuşa xalçaları” adlı mühazirə təşkil olunacaq”
Bu barədə Demokrat.az-a Azərbaycan Milli Xalça Muzeyinin mətbuat katibi Ülvinə Fərzəliyeva məlumat verib.
“Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kubra Əliyeva tərəfindən təqdim ediləcək mühazirədə Şuşa xalçalarının tarixi, bədii xüsusiyyətləri və toxunma texnologiyaları barədə ətraflı məlumat veriləcək.
Mühazirədə iştirak etmək istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, yerlər məhduddur. Öncədən qeydiyyatdan keçmək məsləhət görülür” - deyə Ü.Fərzəliyeva qeyd edib.

Gülçin Qorxmaz Demokrat.az


