Gündəm Özəl

“Bunu müəllim adına, kişi adına yaraşdırmadım!” — SƏRT AÇIQLAMA

“Bunu müəllim adına, kişi adına yaraşdırmadım!” — SƏRT AÇIQLAMA

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllim vicdanlı, insaflı, ədalətli olmalıdır. Bunları sözdə yox, əməldə həyata keçirməlidir, şəxsi nümunə göstərməlidir. Müəllim insanlara, faktlara, hadisələrə obyektiv qiymət verməyi bacarmalı, düzlüyü təlqin etməlidir. Lakin bu gün müəllim adına, nüfuzuna xələl gətirən müəllimlər də az deyil. Bu yaxınlarda sosial şəbəkədə Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbə qızlara qiymət yazmaq üçün əxlaqsız təklif etdiyinə dair videogörüntülər yayılıb.

Məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında bildirib ki, həmin yayılan video ilə tanışdır. O, bir müəllimin bu hərəkətinə çox təəssüfləndiyini bildirib:

“Düzü videonu görəndə inanmaq istəmədim ki, bir müəllim elə hərəkət etsin. Çünki bununla bağlı dəfələrlə montaj videoları olub. Yəni, xatırlayırsınızsa, bir neçə dəfə bundan əvvəl xüsusi proqramlarla insanlara zəng edib, bu yolla onların videolarını çəkirdilər. Yəni, montajla saç və bədən hissəsini dəyişib, bu cür şantaj edirdilər. Mən çox inanmaq istərdim ki, bu da elə bir videodur. Sözün düzü, bunu müəllim adına, kişi adına yaraşdırmadım! Kişi müəllimin qızı yaşında olan qızlara belə etməsi qəbul edilməzdir”.

“Bunu müəllim adına, kişi adına yaraşdırmadım!” — SƏRT AÇIQLAMA

Sosioloq hesab edir ki, bunun real olduğu təsdiqlənərsə, o zaman bununla bağlı çox ciddi ölçü götürülməlidir:

“Həmin qızların keçirdiyi mənəvi, psixoloji zərbəni düşünmək lazımdır. Yəni, bir müəllimin timsalında onlarda bütün kişi müəllimlərə qarşı nifrət, qorxu, qəzəb oyanıb. Bu gün həmin qızlar böyük bir psxioloji vəziyyətdədirlər. Hesab edirəm ki, bu hadisə ciddi araşdırılmalıdır. Həmin şəxsin günahı müəyyən olunarsa, o, təhsil sahəsində uzaqlaşdırılmalı və cinayət məsuliyyətinə cəlb edilməlidir. Hesab edirəm ki, belə məsələlərdə ciddi addımlar atılmasına ehtiyac var. Çünki başqaları da bu şantaj yolundan əl çəkməlidir ki, cəmiyyətimizdə bu gün kimi neqativ hallara bir daha rast gəlinməsin”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az