Gündəm Özəl

Rusiyanın Qarabağ planı: “Paşinyan hökuməti aciz vəziyyətdədir”

Rusiyanın Qarabağ planı: “Paşinyan hökuməti aciz vəziyyətdədir”

“Ermənistanda hazırda müxalif qruplaşmaları xeyli fəallaşıblar”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. Politoloqun sözlərinə görə, həmin qüvvələr Ermənistan və Azərbaycan arasında razılaşdırılmış son razılıqlara qarşıdırlar:

“Onların fikrincə, bu razılıqlar Ermənistanın maraqlarına xidmət etmir. Sözsüz ki, istər Brüssel razılaşmasından, istərsə də əvvəlki görüşlərdən əldə olunan razılaşmalar həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına xidmət edir. İlk növbədə bunlar regionda sülhün təmin olunmasında mühüm rol oynayırlar. Eyni zamanda, son zamanlar iki ölkə arasında sərhədlərin delimitasiya və sülh məsələsi də gündəmdədir. Müxalif qruplaşmalar isə bundan faydalanaraq, Paşinyana zərbə vurmaq istəyirlər. Ehtimal var ki, məhz Zəngilan təxribatının arxasında da həmin müxalif qruplaşmalar və onların hərbidəki tərəfdaşları mühüm rol oynayır”.

Rusiyanın Qarabağ planı: “Paşinyan hökuməti aciz vəziyyətdədir”

Politoloq qeyd edib ki, Rusiya da iki ölkə arasında sülhün əldə olunmasında maraqlı deyil:

“Çünki son dönəmlər Azərbaycan-Rusiya arasında olan müəyyən problemlər, o cümlədən Fərrux kəndinin Azərbaycan qoşunlarının nəzarətinə keçməsindən sonra baş verən problemlər bir daha onu göstərir ki, Rusiya bu sülhün təmin olunmasında bir o qədər də maraqlı deyil. Biz bilirik ki, Rusiya post-sovet məkanında öz nüfuzunu təmin etmək üçün regionda münaqişəni alovlandırmaqda maraqlıdır. Cənubi Qafqaz regionu da istisna təşkil etmir. Rus sərhədçilərinin olduğu yerdə ermənilər təxribat törədir. Sual ortaya çıxır: “Bəs, rus sərhədçiləri hara baxıblar? Onlar niyə buna göz yumurlar?”. İstər sərhəddə olsun, istərsə də Qarabağın müvəqqəti olaraq rus sülhməramlılar olan hissəsində biz dəfələrlə sülhməramlıların laqeyd yanaşmasının şahidi olmuşuq. Bütün bu proseslər onu deməyə əsas verir ki, Rusiyanın başı Ukraynada qarışıq olsa da, Qafqaz regionunda sülhün tam olaraq təmin olunmasında maraqlı deyil. Eyni zamanda, Rusiya Brüssel razılaşmalarını da bir o qədər dəstəkləmir. Hətta, Brüssel görüşündən dərhal sonra Paşinyanın Moskvaya getməsi də bir mesaj idi. Bununla Rusiya bir daha mesaj verdi ki, bu regionda mənim iştirakım olmadan proseslər həll oluna ilməz. Bu da Rusiyanın destruktiv mövqeyini göstəricisidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az