Gündəm Özəl

Rusiya ballistik raketini sınaqdan keçirdi

Rusiya ballistik raketini sınaqdan keçirdi

Rusiya ordusu "Sarmat" ağır qitələrarası ballistik raketinin (ICBM) ilk sınaq buraxılışını həyata keçirib.

Demokrat.az TASS-a istinadənxəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni raket dünyada ən uzun məsafəyə malikdir və digərləri ilə yanaşı, hipersəs döyüş başlıqlarını da daşıya bilir.

Rusiya prezidenti Vladimir Putin hərbçiləri “Sarmat”ın uğurlu sınağı münasibətilə təbrik edib:

"Onun dünyada analoqu yoxdur və bundan sonra da uzun müddət olmayacaq. Rusiyanın təhlükəsizliyini etibarlı şəkildə təmin edir və qəzəbli aqressiv ritorikanın qızğınlığında onu təhdid etməyə çalışanları düşündürəcək".

Leyla Demokrat.az

D
demokrat.az